Şəhid anası vəfat etdi - FOTO

30 Oktyabr 2023 18:30 Hadisə 640
Şəhid anası vəfat etdi - FOTO

Vətən müharibəsi şəhidi Əyyub Süleymanovun anası Şüşən Əsədova vəfat edib.

Əslən Cəbrayıl rayonundan olan şəhidin anası Biləsuvar rayonunda uzun sürən onkoloji xəstəlikdən dünyasını dəyişib.

2001-ci il təvəllüdlü Ə.Süleymanov ailənin yeganə oğul övladı olub. O, 1 noyabr 2020-ci ildə Laçın rayonunun Güləbird kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.

Ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə", "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 20:00 Çək və bizə göndər!