Tanınmış azərbaycanlı futbolçudan VİDA VİDEOSU

28 Oktyabr 2023 02:30 Hadisə 1 669
Tanınmış azərbaycanlı futbolçudan VİDA VİDEOSU

Xəbər verdiyimiz kimi, Azərbaycan milli komandasının sabiq üzvü Ruslan Abışov karyerasını başa vurub.

Sportinfo.az xəbər verir ki, 36 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında vida paylaşımı edib.

R. Abışov video paylaşaraq, - “Əziz azarkeşlər, buradan sizinlə futbolçu kimi sağollaşmaq istəyirəm!”, - qeydi ilə məktub yazıb:

"Əslində könül istərdi ki, əynimdə yetirməsi və qatı azarkeşi olduğum “Neftçi” formasıyla futbolla və sadiq azarkeşlərlə vidalaşım. Amma qismət deyilmiş.

Futbol karyeramın ilk günündən bu günə kimi birgə çalışdığım hər kəsə - məşqçilərimə, komanda yoldaşlarıma, bütün azarkeşlərə, jurnalistlərə (xüsusilə idman jurnalistlərinə) və bir sözlə, üzərimdə əməyi olan hamıya sonsuz təşəkkürümü bildirirəm!".

"Neftçi"nin yetirməsi olan Ruslan Abışov "Rubin" (Rusiya), "Xəzər Lənkəran", "Qəbələ", "İnter" (indiki "Şamaxı") və "Sabah"da çıxış edib. O, son mövsümü isə "Zirə"də keçirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 20:00 Çək və bizə göndər!