"Qarabağ" Avropa Liqasının qrup mərhələsində ilk məğlubiyyətini aldı.
"BayArena"da "Bayer Leverkuzen"in qonağı olan təmsilçimiz güclü rəqibinə 1:5 hesabı ilə uduzdu.
Oyunu izləmək üçün Almaniyadan və digər Avropa ölkələrindən 1000-dən artıq azarkeş ağdamlılara dəstək vermək üçün gəlmişdi.
Matçdan əvvəl müxtəlif şüarlarla Qarabağ"ın yanında olduqlarını göstərən fanatlar hakimin final fitindən sonra da əsl azarkeş olduqlarını göstərdilər.
Öncə komanda üzvlərini səsləyib yanlarına çağırdılar, daha sonra futbolçuları ayaq üstə alqışladılar.
"Köhlən atlar"ın yerli futbolçuları vətəndən kənarda yaşayan soydaşlarımızı formalarla sevindirdilər.
Maksim Medvedev, Toral Bayramov, Elvin Cəfərquliyev və Nəriman Axundzadə futbolkalarını azarkeşlərə bağışladı. Ən sonda Julio Romao da onlara qoşuldu.
HƏBİB, Leverkuzen
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

