“Biz hələ onun bu sözləri deyib-deməməsini və əgər deyibsə..."

27 Oktyabr 2023 08:10 Hadisə 604
“Biz hələ onun bu sözləri deyib-deməməsini və əgər deyibsə..."

“Ermənistanın Baş naziri Nikol Paşinyanın ölkədə Rusiya hərbi bazasının olmasının üstünlüklərinin olmaması barədə danışdığını bilmirik”.

Bunu Kremlin rəsmi sözçüsü Dmitri Peskov “The Wall Street Journal”da yer alan məlumatı şərh edərkən deyib.

“Biz hələ onun bu sözləri deyib-deməməsini və əgər deyibsə, hansı kontekstdə deməsini bilmirik. Bizdə belə məlumat yoxdur. “Wall Street Journal”ı isə ilkin mənbə olaraq qəbul edə bilmərik”, - deyə Peskov qeyd edib.

"The Wall Street Journal”ın yaydığı məlumata görə, N.Paşinyan qəzetə müsahibəsində Rusiyanın hərbi bazasının dövlət ərazisində olmasının heç bir üstünlüyünü görmədiyini deyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 20:00 Çək və bizə göndər!