Azərbaycanda yenilik - Məhbuslar da məzuniyyətə buraxılır

25 Oktyabr 2023 12:50 Hadisə 935
Azərbaycanda yenilik - Məhbuslar da məzuniyyətə buraxılır

Azərbaycanda bir neçə məhbus məzuniyyətə buraxılıb.

“Qafqazinfo”nun məlumatına görə, məhkumlara məzununiyyət verilməsi Penitensiar Xidmətdə ilk haldır.

Bir neçə günlük məzuniyyətə buraxılan məhbuslar, müddət bitdikdən sonra cəzaçəkmə müəssisəsinə geri dönüblər.

Məlumatı Penitensiar Xidmətdən də sayta təsdiq ediblər.

Bildirilib ki, bundan başqa, yeni təyin olunmuş Xidmət rəisi Mirsaleh Seyidovun tapşırığı ilə çoxsaylı yeniliklər tətbiq olunub. Yeni çağrı mərkəzi yaradılıb, sosial şəbəkə hesabları istifadəyə verilib və təcridxanalarda və cəzaçəkmə müəsissələrində korrupsiya halları ilə mübarizə sərtləşdirilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 20:00 Çək və bizə göndər!