Respublika rəhbəri tanınmış idmançıya "Galendvagen" hədiyyə etdi

25 Oktyabr 2023 03:00 Hadisə 1 501
Respublika rəhbəri tanınmış idmançıya "Galendvagen" hədiyyə etdi

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov UFC döyüşçüsü Həmzət Çimayevə yeni "Galendvagen" hədiyyə edib.

Sportinfo.az xəbər verir ki, bu barədə "Gazeta" nəşri məlumat yayıb.

Hədiyyə idmançının "UFC 294" turnirində nigeriyalı Kamaru Usman üzərində qələbəsindən sonra təqdim edilib.

Yarış oktyabrın 21-də Abu Dabidə (BƏƏ) keçirilib. Döyüş üç raund davam edib.

Çimayev rəsmi UFC çəki dərəcəsində dördüncü yerdədir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 20:00 Çək və bizə göndər!