Qarabağı tərk edən erməni ailə: “Azərbaycanlılar bizi saxladıb deyirdilər ki...” - VİDEO

24 Oktyabr 2023 21:10 Hadisə 2 506
Qarabağı tərk edən erməni ailə: “Azərbaycanlılar bizi saxladıb deyirdilər ki...” - VİDEO

Azadlıq Radio-sunun erməni seqmentində Xankəndidən Ermənistana üz tutan ailə haqqında reportaj yayımlanıb.

4 uşaqlı bu ailə əvvəl Şuşadan köçürülüb, daha sonra isə Xankəndidən də çıxmalı olub.

Ailə hətta Şuşadan gedərkən evlərinin açarını və sənədini də götürüb. Ümid ediblər ki, qayıdacaqlar, lakin 23 saatlıq əməliyyatdan sonra həmin sənəd və açarları da Xankəndidə qoyub çıxıblar.

Ailənin xanımı Məryəm bildirib ki, onlar Xankəndidən çıxarkən keçid məntəqəsində azərbaycanlılar onları maşından düşürüb getməməkləri üçün dilə tutublar:

"Dedilər, hara tələsirsiniz, getməyin, qalın inteqrasiya edin, sizə dəyməyəcəyik. Daha sonra sənədlərimizə baxmadılar, sadəcə maşını yoxlayıb buraxdılar".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 20:00 Çək və bizə göndər!