Türkiyə millisinin üzvü yol qəzasınıda dünyasını dəyişdi - FOTO

23 Oktyabr 2023 21:40 Hadisə 2 029
Türkiyə millisinin üzvü yol qəzasınıda dünyasını dəyişdi - FOTO

Uşu üzrə Türkiyə Milli Komandasının idmançısı Buket Kaya Kayseridə baş verən yol qəzasında həyatını itirib.

Qəzada yaralanan 2 nəfərin müalicəsi isə davam edir.

Sportinfo.az xəbər verir ki, Kayserinin Melikqazi rayonunda yük maşının arxadan vurduğu avtomobildə Türkiyə Milli Komandasının idmançısı Buket Kaya da olub.

Hadisə yerinə çoxlu sayda polis, təcili tibbi yardım və yanğınsöndürmə briqadası göndərilib. Yaralı iki nəfər avtomobildən çıxarılaraq Təcili Tibbi Yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Buket Kaya 2019-cu ildə Rusiyanın paytaxtı Moskvada Uşu Kung Fu üzrə 5-ci Avropa Çempionatında qızıl medal qazanıb. O, ötən ilin oktyabrında Balkan çempionu olub. Kayan Kikboksinq üzrə Türkiyə çempionatlarında da iştirak edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 20:00 Çək və bizə göndər!