Azərbaycanda hər kəsin maraqla gözlədiyi həmin VİDEO

22 Oktyabr 2023 22:00 Hadisə 767
Azərbaycanda hər kəsin maraqla gözlədiyi həmin VİDEO

Ölkəmizdə Media Liqasının start götürməsi haqda xəbər vermişdik.

“ASCO Arena”da keçirilən ilk oyunda “Do Konça FK” ilə “Həddini Bilbao” qarşılaşmış, əsas vaxtı 5:5 hesabı ilə bitən qarşılaşmanın penaltilər seriyasında birincilər üstün olmuşdu.

1000-dən artıq futbolsevərlərin canlı izlədiyi şou xarakterli oyunda meydana çıxanların arasında ölkəmizin tanınmış futbol simalarına da rast gəlmək mümkün idi.

Mahir Şükürov, Ruslan Abışov, Vaqif Cavadov, Vüqar Nadirov, İlqar Qurbanov, Rauf Əliyev, Saşa Yunisoğlu, Nuqzar Kvirtiya kimi ötənlərin sevilən simaları meydanda texniki bacarıqlarını göstərməklə yanaşı fantastik qollara imza atıblar.

Nuqzarla Vüqarın möhtəşəm qolları, Vaqifin fintləri, İlqarın qaçırdığı qol imkanları, Mahirlə Ruslanın ağıllı ötürmələri, Saşanın keçmişi xatırladan başla qolu, əsəb, stress, yumor – bütün bunları aşağıda videoda izləyə bilərsiniz.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 20:00 Çək və bizə göndər!