Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonunda xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə dünən Füzulidə Şəhər günü ilə bağlı maraqlı konsert proqramı keçirilib.
Konsertdə Xalq artisti Aygün Kazımova da iştirak edib.
O, tədbirdən yaddaqalan görüntüləri sosial mediada paylaşıb. Milli ornamentlərlə işlənən libas geyinən sənətçi paylaşımlarına "Füzulidə hər yan gözəldir" sözlərini yazıb.









