Dəhlizdə "Qarabağ"ın futbolçusunu gördü, qucaqladı və... FOTOLAR

21 Oktyabr 2023 21:20 Hadisə 979
Dəhlizdə "Qarabağ"ın futbolçusunu gördü, qucaqladı və... FOTOLAR

Premyer Liqanın 10-cu turunda "Turan Tovuz" "Qarabağ"la qarşılaşıb.

Maraqlı keçən qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

Oyundan sonra meydan sahibləri kifayət qədər şən görünsə də, qonaqların kefsiz olması anlaşılan idi.

Hamı bazanın yolunu tutduğu halda, Denis Marandiçi dəhlizdə kimisə gözləyirdi. Moldovalının təxminən 15 dəqiqəlik intizarına Leandro Andrade son qoydu.

Denis "Qarabağ"ın futbolçusunu görüncə onu bağrına basdı, daha sonra portuqal dilində şirin söhbətə başladılar.

Məlum oldu ki, Marandiçi ilə Leandro Andrade Portuqaliyadan tanşdılar. Vaxtilə bu ölkənin aşağı liqasında bir-birinə qarşı rəqib qismində oynayıblar.

Denis Marandiçi 2015-2020-ci illər aralığında "Uniao de Leyria"nın şərəfini qoruyub.

Leandro Andrade 2018/2019 mövsümündə "Olhanense"nin, 2019/2020 mövsümündə "Fatima"nın formasını geyinib.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 20:00 Çək və bizə göndər!