Dağlar gözəli Şuşanın payız mənzərələri- FOTOLAR

21 Oktyabr 2023 15:30 Hadisə 718
Dağlar gözəli Şuşanın payız mənzərələri- FOTOLAR

Qarabağın baş tacı, dağlar gözəli Şuşa ilin bütün fəsillərdə əsrarəngiz təbiət mənzərələri ilə diqqəti çəkir.

Payız fəslində isə şəhər, xüsusən də Cıdır düzü, Xan qızı bağı, Şuşa qalasının ətrafı boyalarla işlənən tablonu xatırladır.

Ətrafdakı dağlar, yarpaqları qızılı rəngə çalan ağaclar, xəzanın sarı, qırmızı rəngləri ilə yanaşı təzə-tər otların göz oxşayan yaşıllığı, yarpaqların, otların arasından boylanan müxtəlif rəngli incə çiçəklər, qayaların arasında bitən itburnu və yemişan kolları, gün ərzində şəhərin gah bu, gah da digər tərəfini bürüyən duman görənləri valeh edir.

Bu gözəllikləri seyr edərək gəzdikcə payız otlarının yumşaqlığını və yarpaqların xışıltısını hiss edir, sanki başqa, sirli-sehrli bir aləmə düşürsən.

AZƏRTAC-ın bölgə müxbiri Tahir Ağaməmmədovun Şuşada çəkdiyi fotoları təqdim edirik:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 20:00 Çək və bizə göndər!