İngiltərədə "Vest Hem Yunayted"in keçmiş gənc futbolçusu Keyn Rayt İsveçrə muzeyindən oğurlanmış qədim güldanı satmağa cəhd etdiyinə görə cəzalandırılıb.
Sportinfo.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
2019-cu ilin iyun ayında naməlum şəxslər Cenevrədəki Uzaq Şərq İncəsənət Muzeyinə daxil olublar və burada Çin və Yapon keramika, nefrit və sənət əsərləri nümayiş etdirilib.
Onlar bir neçə eksponatı, o cümlədən 15-ci əsrin əvvəllərinə aid, Yonqle imperatorunun dövründə hazırlanmış nadir Çin güldanını oğurlaya biliblər. Sığorta edildikdə, onun dəyəri 2,5 milyon dollar olaraq qiymətləndirilib.
2023-cü ilin yayında Keyn Rayt və onun əlaltıları David Lamming və Leslie Nhva oğurlanmış güldanı satmağa çalışıbla
Onların tapdıqları potensial alıcının gizli polis olduğu üzə çıxıb. Əvvəlcə güldan üçün bir milyon funt sterlinq (2 072 886 amant) istəyiblər.
Polis üç aydan çox bazarlıq edib və qiyməti nəğd olaraq 450 min funt-sterlinqə endirə bilib. Tezliklə hər üçü saxlanılıb.
Bu, son dərəcə mürəkkəb bir əməliyyat olub. Oğrularla görüş və məliyyat yeri otel otağı təyin edilib.


