Məşhur klubun hücumçusu qəfildən yoxa çıxıb

20 Oktyabr 2023 15:40 Hadisə 527
Məşhur klubun hücumçusu qəfildən yoxa çıxıb

İsveçin “Norrçöpinq” klubunda icarə əsasında çıxış edən “Milan”ın hücumçusu Emil Robak itkin düşüb.

Sportinfo.az xəbər verir ki, 20 yaşlı futbolçudan 14 gündür heç bir xəbər yoxdur. “Norrçöpinq” və oyunçunun ailəsi Emilin başına nə gəldiyini bilmirlər.

Robak iki həftədir komandanın məşqində iştirak etmir. O, komanda yoldaşlarına məşqə getməyəcəyi ilə bağlı xəbərdarlıq etməyib.

Bildirilir ki, “Norrçöpinq”in idman direktoru Robakla əlaqə saxlamağa çalışsa da, buna nail ola bilməyib. Hazırda yerli mətbuatda futbolçunun itkin düşməsi ilə bağlı xəbərlər yayılır.

Robak 2020-ci ildən “Milan”ın oyunçusudur. Onun İsveç klubu ilə icarə müqaviləsi bu ilin noyabrına qədər nəzərdə tutulub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 20:00 Çək və bizə göndər!