Rəhbərlikdə dəyişiklik baş verdi - Yeni direktor kimdir?

19 Oktyabr 2023 02:40 Hadisə 998
Rəhbərlikdə dəyişiklik baş verdi - Yeni direktor kimdir?

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəhbərliyində dəyişiklik baş verib.

Sportinfo.az xəbər verir ki, Şəfəq Hüseynli direktor vəzifəsindən azad edilib.

AMADA-nın yeni tərkibdə Müşahidə Şurasının ilk iclası keçirilib.

İclasda millət vəkili, “Bakı Şəhər Halqası”nın sabiq mətbuat xidmətinin rəhbəri Nigar Arpadarai şuranın sədri, hüquqşunas Samir Nuriyev isə sədr müavini seçilib. Həmçinin Təhminə Tağızadə AMADA-nın icraçı direktoru təyin edilib.

AMADA Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə 2016-cı ildə yaradılıb. Şəfəq Hüseynli ilk vaxtlardan qurumun direktoru vəzifəsində çalışırdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 20:00 Çək və bizə göndər!