"Napoli"nin və Gürcüstan millisinin futbolçusu Xviça Kvaratsxeliya sevgilisi Nitsa Tavadze ilə evlənib.
Sportinfo.az xəbər verir ki, toy mərasimi Mtsxetadakı Transfiqurasiya kilsəsində baş tutub.
Mərasimdə yalnız cütlüyün ailə üzvləri və yaxın dostları iştirak edib.
Kvaratsxeliya hər qolu həyat yoldaşına həsr edir və hətta bunun üçün xüsusi jest göstərir.
Bu mövsüm gürcü cinah yarımmüdafiəçisi "Napoli"nin heyətində bütün yarışlarda 9 oyuna çıxıb, 1 qol vurub, 3 qolun ötürməsini verib.
Xviça Azərbaycan millisinin və “Şəmkir”in sabiq hücumçusu Badri Kvaratsxeliyanın böyük oğludur.

