Brüsseldə isveçli azarkeşləri qətlə yetirən şəxs tutuldu

17 Oktyabr 2023 12:00 Hadisə 588
Brüsseldə isveçli azarkeşləri qətlə yetirən şəxs tutuldu

Brüsseldə İsveç vətəndaşı olan iki futbol azarkeşini qətlə yetirməkdə şübhəli bilinən şəxs paytaxt kafelərindən birində zərərsizləşdirilib.

Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı hüquq-mühafizə orqanlarına istinadən yerli “VRT” telekanalı yayıb.

Bununla belə, onun İsveç vətəndaşlarını qətlə yetirən məhz həmin şəxs olduğu hələ ki tam dəqiqliklə təsdiq olunmayıb.

Belçika polisinin məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Onun saxlanılarkən ağır yaralandığı və hazırda xəstəxanada olduğu bildirilir.

Oktyabrın 16-sı Brüsseldə silahlı insident nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər yaralanıb. Belə ki, skuterdə olan bir şəxs avtomatla insanlara atəş açıb.

Ölənlər İsveç milli futbol komandasının azarkeşləri olub. Ölkə rəhbərliyi, eləcə də Avropa İttifaqı qurumlarının liderləri hadisəni terror aktı adlandırıb.

Dünən Brüsseldə AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Belçika və İsveç arasında futbol matçı keçirilib. Hadisə ilə bağlı oyun birinci hissədən sonra yarımçıq dayandırılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 20:00 Çək və bizə göndər!