İlham Əliyevin Xocalı və Əsgəran səfərindən FOTOLAR

16 Oktyabr 2023 15:50 Hadisə 577
İlham Əliyevin Xocalı və Əsgəran səfərindən FOTOLAR

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Xocalı şəhərində və Əsgəran qəsəbəsində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

Səfər çərçivəsində dövlət başçısı Xocalı şəhər ərazisinə baxış keçirib.

Xocalı şəhəri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə işğal olunub. Erməni işğalçıları Xocalıda Azərbaycan xalqına qarşı tarixin ən qanlı soyqırımlarından birini törədib. Bu soyqırımı nəticəsində 613 dinc sakin qətlə yetirilib.

Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib.

Bu şəhərdə Azərbaycan Bayrağının dalğalanması Xocalı faciəsi qurbanlarının qanının yerdə qalmadığını bir daha nümayiş etdirir.









Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 20:00 Çək və bizə göndər!