Azadlığına qovuşan Əsgəran qalasından - FOTOLAR

16 Oktyabr 2023 15:30 Hadisə 574
Azadlığına qovuşan Əsgəran qalasından - FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Əsgəran qalasında olub.

Bu haqda Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Səfər çərçivəsində dövlət başçısı Əsgəran qalasına və əraziyə baxış keçirib.

XVIII əsrdə Qarabağ xanı Pənahəli xanın göstərişi ilə inşa olunan Əsgəran qalası Azərbaycan memarlığının parlaq nümunələrindəndir. Qala Şuşadan 24, Xocalıdan isə 5 kilometr məsafədə yerləşir. Xocalı şəhəri 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra qala dağıntılara məruz qalıb.

Bu il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra Əsgəran qalası separatçılardan azad edilib.








Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 20:00 Çək və bizə göndər!