Azərbaycanda işləmiş baş məşqçi Ramil Şeydayevin olduğu yerə qayıtdı - FOTO

16 Oktyabr 2023 01:10 Hadisə 740
Azərbaycanda işləmiş baş məşqçi Ramil Şeydayevin olduğu yerə qayıtdı - FOTO

"Bakı"nın sabiq baş məşqçisi Boşko Bandoviç karyerasını yenidən Taylandda davam edəcək.

Sportinfo.az xəbər verir ki, serbiyalı mütəxəssis "Praçuap"la müqavilə imzalayıb.

Hazırda bu komanda turnir cədvəlində 16 komanda arasında 14-cüdür. 54 yaşlı mütəxəssis 2012-2013 mövsümündə "Bakı"nı çalışdırıb.

O, 2017-2020-ci illərdə isə Şeydayevin komandası olan "Buriram Yunayted"də baş məşqçi işləyib.

Bandoviçin son iş yeri Vyetnamda "Hanoy" olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 20:00 Çək və bizə göndər!