Yəqin bir çoxunuzun xatirindədir:
44 günlük müharibədən sonra Azərbaycan ordusunun hərbçiləri Şuşada Ermənistan millisinin futbolçusu o vaxt “Roma”nın üzvü olan Henrix Mxitaryana məxsus olan villa aşkarladılar.
Villanın Şuşanın ən səfalı guşəsində yerləşdiyi paylaşılan videolarda gördük. Sadəcə "möhtəşəm" deməkdən özümüzü saxlaya bilmədik.
Hazırda İtaliyanın “İnter” klubunda çıxış edən Mxitaryan Şuşa işğalda olan müddətdə bu villadan tez-tez görüntülər paylaşır, onsuzda tarıma çəkilmiş əsəblərimizlə oynayırdı.
O arada A Seriyası klubu 44 gün davam edən Qarabağ müharibəsi zamanı Ermənistana yardım göndərmişdi.
İndi isə Qarabağda separatçı, terrorçu dəstələrə qarşı Azərbaycanın apardığı antiterror əməliyyatı Mxitaryanı elə dəli edib, əsəblərini elə gərib ki, hazırda nəfəs almadan dünya ictimaiyyətinə, futbol klublarına, azarkeşlərə Qarabağdakı "təhlükə" ilə bağlı ağlagəlməz yalanlar uyduraraq müraciətlər ünvanlayır.
Öz xəstə təxəyyüllü xalqı kimi bir ucdan "soyqırım", "blokada", "aclıq" kimi yalanlarla dünyanın gözünü bəzəməklə məşğuldur.
İşğal altında olan Azərbaycan torpaqlarına səfərləri və separatçı Dağlıq Qarabağ rejiminə yardımları ilə tanınan futbolçu 44 günlük müharibədən sonra ağır travmalar yaşadı.
Dünya da anlayır ki, Henrix Mxitaryan bir erməni olaraq zədəlidir və nə danışdığının fərqində deyil. Adamın Şuşa kimi yerdə villası qalıb..
İndi o villanın üzərində Azərbaycan bayrağı dalğalanır... Travmadır də...
Əntiqə Rəşid

