Həbs olunan separatçılara ailələri ilə əlaqə yaratmaq imkanı verildi

14 Oktyabr 2023 08:10 Hadisə 673
Həbs olunan separatçılara ailələri ilə əlaqə yaratmaq imkanı verildi

Törətdikləri qanunsuz əməl və cinayətlərə görə Azərbaycan tərəfindən saxlanılan Qarabağ separatçılarının keçmiş hərbi-siyasi “rəhbərləri”nə ailələri ilə telefonla əlaqə saxlamaq imkanı yaradılıb.

Bu barədə məlumatı Ermənistan parlamentinin “Hayastan” blokundan deputatı Gegam Manukyan açıqlayıb.

Onun sözlərinə görə, qardaşı, qondarma “Dağlıq Qarabağ Respublikasının Müdafiə Ordusu komandanının birinci müavini” olmuş Davit Manukyan iki gün əvvəl ailəsi ilə əlaqə saxlayıb.

Bildirilir ki, separatçıların keçmiş “liderləri”, eləcə də 2015-2018-ci illərdə qondarma “Dağlıq Qarabağ Respublikasının Müdafiə naziri” vəzifəsində çalışmış Lyova Mnatsakanyan da ailəsi ilə danışıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 20:00 Çək və bizə göndər!