Məşqçi pəncərədən yıxıldı, faciəvi şəkildə ÖLDÜ - FOTO

14 Oktyabr 2023 08:50 Hadisə 875
Məşqçi pəncərədən yıxıldı, faciəvi şəkildə ÖLDÜ - FOTO

Rusiyalı 37 yaşlı məşqçi Aleksey Milovanov Soçidə binanın səkkizinci mərtəbəsində yerləşən mənzilinin pəncərəsindən yıxılaraq ölüb.

Sportinfo.az xəbər verir ki, hadisə oktyabrın 11-də yerli vaxtla saat 11:00 radələrində baş verib.

Məlumata görə, Milovanov pəncərədən yıxıldıqdan sonra xəstəxanaya aparılıb.

Lakin həkimlər başından və ayaqlarından ağır xəsarət alan məşqçinin həyatını xilas edə bilməyib. O, hadisədən bir saat sonra reanimasiyada dünyasını dəyişib.

MİLO.jpg (65 KB)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 20:00 Çək və bizə göndər!