Azərbaycan millisi AÇ-2024-ün seçmə mərhələsində növbəti görüşünü oktyabrın 16-da keçirəcək.
Avstriya ilə Bakıda baş tutacaq oyun Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.
Yığmamızın əsas simalarından hesab olunan Mahir Emreli milli komandanın “instagram” hesabı vasitəsi ilə çağırış edərək azarkeşləri oktyabrın 16-da stadiona səsləyib və onları “12-ci oyunçu” dəvət edib.
Xorvatiyada legioner həyatı yaşayan futbolçunun çağırışına reaksiyalar müxtəlif olub ki, əksəriyyət Canni de Byazinin rəhbərlik etdiyi komandaya inamsızlıq nümayiş etdirib:
“Utanmırsınız e, hələ anons da edirsiniz. “Qarabağ”ı çıxsaq, futbolumuz yox kimi bir şeydir”.
“8-10 il əvvəl yığmada yenə nəsə var idi. İndi o da yoxdur, yox etdilər”.
“Sizə güvənib gələk deyirsiniz?”
“Elə bildim Mahir pulsuz bilet paylayır, gələcəkdim”.
“Meydanda 11 futbolçumuz olur ki, biz də 12-ci olaq? Siz nə vaxt 11 nəfər oldunuz, biz 12-ci olmadıq?”
“Maşın hədiyyə edin, gələk”.
“Millini elə təqdim edirsiniz ki, kənardan baxan elə bilər Braziliya millisidir”.
“Siz meydana 11 oyunçu ilə çıxın, söz verirəm, biz 12-ci olarıq”.
“Şahruddinli, Ozobiçli, Höccətli millini dəstəkləyək?”
“Camaat hər ötən gün oyununu yaxşılaşdırır, sizdə əksinədir, vaxt keçdikcə geriləyirsiniz”.
“Milliyə adicə televizorda baxanda əsəbdən ölürəm, o ki qalmışdı stadionda baxım”.
Oktyabrın 16-da Respublika stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ

