Messiyə tüpürdü - VİDEO

13 Oktyabr 2023 18:20 Hadisə 587
Messiyə tüpürdü - VİDEO

DÇ-2026-nın Cənubi Amerika zonası üzrə seçmə mərhələsinin qrup səviyyəsində keçirilən Argentina - Paraqvay oyununda insident yaşanıb.

Sportinfo.az xəbər verir ki, qarşılaşmanın 84-cü dəqiqəsində qonaq komandanın hücumçusu Antonio Sanabriya rəqib oyunçu Lionel Messiyə tüpürüb.

Bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Əvvəlcə futbolçular arasında sözlü mübahisə yaranıb, daha sonra Sanabriya gedən Messinin kürəyinə tüpürüb. Oyunun hakimi baş verənlərə reaksiya verməyib.

Buenos-Ayresdə baş tutan görüş 1:0 hesabı ilə argentinalıların xeyrinə başa çatıb. Messi 53-cü dəqiqədə meydana çıxıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 20:00 Çək və bizə göndər!