Xuntanın sabiq rəhbəri kimlərə zəng vurub? - Qandallanmamışdan 1 saat öncə

13 Oktyabr 2023 13:50 Hadisə 898
Xuntanın sabiq rəhbəri kimlərə zəng vurub? - Qandallanmamışdan 1 saat öncə

Qarabağda keçmiş separatçı rejimin “rəhbərlərindən” olmuş Arkadi Qukasyanın Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən saxlanılmamışdan öncə nələr etdiyi məlum olub.

Qukasyan saxlanılmamışdan bir neçə saat öncə bütün yaxınlarına zəng edib.

“İravunk” nəşri Qukasyana yaxın mənbələrə istinadən yazır ki, o, qohumları ilə telefonda danışarkən, “hər şeyin yaxşı olacağını, tezliklə Ermənistana gələcəyini” deyib.

Görünür, A.Qukasyan Laçın sərhəd-keçid məntəqəsindən keçə biləcəyini düşünüb. İstisna deyil ki, o, Rusiya sülhməramlılarının onu qoruyacağını düşünürmüş, buna görə də qohumlarına “tezliklə gələcəyini” deyib.

Qandallanaraq, Bakıya gətirilməsi onun üçün gözlənilməz olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 20:00 Çək və bizə göndər!