“Sportinfo TV” üçün dəstək!

14 Oktyabr 2023 09:20 Hadisə 745
“Sportinfo TV” üçün dəstək!

Dəyərli, “Sportinfo TV” izləyiciləri!

“Sportinfo” Media Qrupuna daxil olan “Sportinfo TV”nin fəaliyyət sahəsinin daha da genişləndirilməsi üçün müəyyən qərarlar qəbul etdik.

Çoxsaylı tamaşaçı rəylərini nəzərə alaraq, youtube kanalımızın maddi-texniki bazasının təkmilləşdirilməsi üçün müəyyən addımlar atmaq qərarına gəlmişik.

Belə ki, son dönəmlərdə edilən çəkilişlərin keyfiyyəti, səslərdə yaranan problemlər və video təhlillərdə digər vasitələrin əlavə edilməsi ilə fərqli görüntü barəsində haqlı iradlarınızı qəbul edirik.

Çox yaxşı bilirsiz ki, “youtube” platformasında müəyyən layihələrin gerçəkləşməsi üçün kifayət qədər maddi vəsait tələb olunur.

Xüsusilə qardaş ölkə Türkiyədə futbol layihələrində canlı yayımlar zamanı tamaşaçıların etdikləri maddi yardımlar bir çox kanalları ayaqda saxlayır.

Sportinfo TV də heç bir idman qurumundan, futbol klubundan reklam təklifləri almadığı üçün uğurlu fəaliyyətimizlə bağlı bütün prosedurların gerçəkləşməsində tamaşaçıları dəstəyə səsləyirik.

Sizinlə birlikdə auditoriyamız genişləndi, rəngarəng oldu.

Daha da böyümək, şəbəkəmizi genişləndimək, habelə qiymətli vaxtınızın maraqlı və operativ verilişləri izləməklə xoş və səmərəli keçməsi naminə sizi dəstəyə dəvət edirik.

Elçin Cəfərov

E-mail: [email protected]

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 20:00 Çək və bizə göndər!