Həvəskar futbolçu matç zamanı huşunu itirdi, xəstəxanada öldü - FOTO

12 Sentyabr 2023 07:20 Hadisə 550
Həvəskar futbolçu matç zamanı huşunu itirdi, xəstəxanada öldü - FOTO

Yunanıstanda “Eptalofos” və “Europos” həvəskar komandaları arasında keçirilən oyun zamanı 33 yaşlı futbolçu Timoteos Karasavvidis dünyasını dəyişib.

Sportinfo.az xəbər verir ki, o, matçın 37-ci dəqiqəsində huşunu itirib.

Yarımmüdafiəçiyə ilkin tibbi yardım göstərilib.

Hadisə yerinə gələn təcili yardım onu ​​yerli xəstəxanaya çatdırıb. Həkimlərin səylərinə baxmayaraq, Timoteos dünyasını dəyişib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 20:00 Çək və bizə göndər!