Rusiya millisinin və "Zenit"in sabiq qapıçısı Vyaçeslav Malafeyev maraqlı addım atıb.
Sportinfo.az xəbər verir ki, o, həyat yoldaşı Yekaterinadan boşanması şərəfinə ziyafət verib.
Maraqlıdır ki, idmançının keçmiş xanımı tədbirdən kadrları İnstaqram hesabında paylaşıb.
Malafeyevlər dostlarını mərasimə dəvət ediblər. Onların qarşısında ayrılıq sözləri söylədikdən sonra foto çəkdiriblər. Boşanan həyat yoldaşları Valeri Meladzenin “Gözəl” mahnısına da rəqs ediblər.
Malafeyeva sosial şəbəkədəki səhifəsində "Gözəl sevgi hekayəmizin bitdiyi yerdir", - deyə paylaşım edib. Qadın futbolçu ilə sevgilərini dostluğa çevrildiklərini deyib.
Cütlük 12 il birlikdə yaşayıb. Onların 3 uşağı var.

