Azərbaycan millisi AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Belçikanı qonaq etdi.
Mərdəkanda yerləşən "Dalğa Arena"da baş tutan qarşılaşmanı izləyənlər arasında Gənclər və İdman naziri Fərid Qayıbov da yer alıb.
0:1 məğlub olduğumuz matçdan sonra isə nazir millinin qolkiperi Şahruddin Məhəmmədəliyevlə görüşüb.
Bir neçə gün əvvəl "Qarabağ"ı Türkiyənin "Adana Dəmirspor" klubuna dəyişən qolkiperlə nazir arasında səmimi söhbət qısa çəkib.
XANOĞLAN / SPORTİNFO.AZ
Həmin anları aşağıdakı linkdən izləyə bilərsiniz:

