Ermənistanın ən titullu klubu problemlə üzləşdi – Çempionatdan çıxırlar

8 Sentyabr 2023 18:20 Hadisə 945
Ermənistanın ən titullu klubu problemlə üzləşdi – Çempionatdan çıxırlar

Ermənistan çempionatında birinci yerdə olan “Pünik” turnirdən çıxa bilər.

Sportinfo.az xəbər verir ki, Ermənistanın ən titullu klubu stadionsuz qalıb və çox güman, cari çempionatın vahid lideri yarışdan çəkilmək məcburiyyətində qalacaq.

Ermənistan Futbol Federasiyasının rəhbərliyinin qərarına əsasən, 2023-cü il sentyabrın 8-dən etibarən Abovyan şəhərindəki stadiondan istifadəyə dair federasiya ilə “Pünik” arasındakı müqavilə birtərəfli qaydada ləğv edilib.

Həmçinin, federasiya “Pünik”ə ehtiyat meydançanı verməkdən də imtina edir.

“Pünik”in mətbuat xidməti Ermənistan millisinin vacib oyunları ərəfəsində bu vəziyyəti şərh etmək istəmədiklərini bildirib. Amma onlar sentyabrın 12-dən sonra mütləq bəyanat verəcəklərini deyiblər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 20:00 Çək və bizə göndər!