Azərbaycanda həbs edilən erməni futbolçular bu yolla təhvil verildi - VİDEO

8 Sentyabr 2023 13:40 Hadisə 953
Azərbaycanda həbs edilən erməni futbolçular bu yolla təhvil verildi - VİDEO

Sportinfo.az xəbər verir ki, Azərbaycan Dövlət bayrağı barədə təhqiredici hərəkətlər etdiyi üçün avqustun 28-də 10 gün müddətinə inzibati qaydada həbs edilən 3 nəfər erməni əsilli futbolçunun Laçın sərhəd-keçid məntəqəsindən Ermənistana keçmələri təmin edilib.

Azadlığa buraxılan şəxslər onlara göstərilən humanizmə görə Azərbaycan dövlətinə təşəkkür edərək həbsdə olduqları müddət ərzində qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının tam təmin olunduğunu, saxlanma şəraiti və göstərilən münasibətdən razı olduqlarını, hər hansı şikayətlərinin olmadıqlarını bildiriblər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 20:00 Çək və bizə göndər!