Rəsmi Moskva İrəvandan Ermənistan hökumətinin Beynəlxalq Ədalət Məhkəməsinin (BƏM) Roma statutunu ratifikasiya üçün parlamentə göndərməsi məsələsini aydınlaşdırmağı tələb edib.
Bu barədə Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova brifinqdə çıxışı zamanı danışıb.
“Biz artıq Ermənistan tərəfindən bu məsələnin aydınlaşdırılmasını tələb etmişik və İrəvanın cavabına əsaslanaraq növbəti addımlarımız barədə qərar verəcəyik”, - deyə Zaxarova qeyd edib.
Ermənistan hökuməti sentyabrın 1-i Roma Statutunun ratifikasiyası layihəsini parlamentə göndərib.
Ermənistan Roma Statutuna qoşulduqda BƏM-in çıxardığı qərarlar ölkə tərəfindən də icra olunmalı olacaq. İrəvan bu barədə niyyətini bəyan etdikdə Rusiya XİN açıqlama yayaraq Ermənistanın bu qərarının qəbuledilməz olduğunu bildirib.
Belə ki, BƏM mart ayında Rusiya Prezidenti Vladimir Putini Ukraynada törədilmiş hərbi cinayətlərə görə cavabdeh olmaqda ittiham edərək həbsinə order verib.
Putin Ermənistana səfər edərsə, Roma Statutuna əsasən, bu ölkədə həbs olunmalıdır.

