Rumıniya futbolunda qeyri-adi transfer baş verib.
Sportinfo.az xəbər verir ki, bu barədə yerli "Gazeta Sporturilor" nəşri məlumat yayıb.
Rumıniyanın ikinci divizion klubu "Vitorul Tirqu-Giu" kamerunlu hücumçu Aziz Njoy Njifakue ilə müqavilə imzalayıb.
24 yaşlı futbolçu "Luqojda" ilə Rumıniyanın dördüncü liqasında çıxış edərkən klubun diqqətini çəkib. Forvardın transferi "Vitorul Tirqu-Giu"ya iki metal konteynerə başa gəlib.

