Ərdoğanın Putindən istədiyi futbolçu kim imiş? - VİDEO

6 Sentyabr 2023 02:50 Hadisə 1 067
Ərdoğanın Putindən istədiyi futbolçu kim imiş? - VİDEO

ürkiyə lideri Rəcəb Tayyib Ərdoğan Soçi şəhərində Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşüb.

Sportinfo.az xəbər verir ki, Ərdoğanla Putinin görüşü başa çatdıqdan sonra Putin Ərdoğanı qapıya qədər müşayiət edib.

Vida anında Ərdoğan Putindən "Sparta Praqa"dakı futbolçu ilə maraqlanıb. Putin isə cavabında "Biz bununla məşğul olacağıq, danışarıq, əlaqə saxlayarıq", - deyib.

Futbolçunun kimliyi maraq doğurub. Türkiyə mətbuatında yer alan xəbərlərə görə, söhbət "Sparta Praqa"da çıxış edən türk əsilli Finlandiya millisinin oyunçusu Kaan Kairinendən gedir.

Fnlandiyalı yarımmüdafiəçi 15 yaşında bu ölkənin "İnter Turku" klubunda debüt edib. Keçmişdə o, həmçinin "Midtjylland" (Danimarka), "Skive IK" (Danimarka) və Finlandiyanın ən uğurlu klubu "HJK Helsinki"də də oynayıb.

Kaan gənclərdən ibarət milli komanda kateqoriyalarından çıxış edib. O, U21 komandası ilə 19 oyun keçirib və 4 qol vurub.

Daha sonra 2019-cu ilin yanvarında İsveçlə yoldaşlıq oyununda əsas komandada debüt edib. O, sonuncu dəfə Norveçin "Lillestrom" klubunun formasını geyinib.

Kaan 22 liqa oyununda bir qol vurub və üç məhsuldar ötürmə edib. Türkiyə əsilli futbolçu 2022/23 mövsümünün ortalarından "Sparta Praqa"ya keçib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 20:00 Çək və bizə göndər!