“Qarabağ” rahat olsun - Aparıcı hücumçunu 4 milyona satdılar

5 Sentyabr 2023 23:20 Hadisə 1 057
“Qarabağ” rahat olsun - Aparıcı hücumçunu 4 milyona satdılar

“Qarabağ”ın Avropa Liqasında rəqiblərindən olan İsveç klubu “Hakken” aparıcı futbolçusu İbrahim Sadiqi satıb.

Sportinfo.az xəbər verir ki,23 yaşlı hücumçu adıçəkilən ölkənin AZ klubuna keçib.

Alkmaar təmsilçisi “transfer pəncərəsi”nin son günündə qanalı forvardın keçidini rəsmiləşdirib.

“Hakken” bu satışdan 4 milyon avro gəlir əldə edib. Oyunçu yeni komandası ilə 5 illik müqavilə bağlayıb.

“Hakken” Avropa Liqasının qrup mərhələsindəki ilk oyununu sentyabrın 21-də Almaniyanın “Bayer 04” klubuna qarşı keçirəcək.

İsveç təmsilçisi II tur çərçivəsində oktyabrın 5-də “Qarabağ”ı qəbul edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 20:00 Çək və bizə göndər!