
“Ermənistanın bu addımı Rusiyada etiraz doğurub”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova deyib.
Zaxarova Ermənistan Konstitusiya Məhkəməsinin Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutunda təsbit olunmuş öhdəliklərini konstitusiyaya uyğun görməsinə münasibət bildirib:
“Bu mövzu ən yüksək səviyyədə təmaslar zamanı müzakirə olunmalıdır”.
Rusiya Prezidenti Vladimir Putin Ermənistana səfər edərsə, Roma Statutuna əsasən, bu ölkədə həbs olunmalıdır.