Mahir Emreli nə üçün Tallində belə edib?

16 Oktyabr 2023 02:30 Hadisə 1 133
Mahir Emreli nə üçün Tallində belə edib?

Azərbaycan komandası AVRO-2024-ün seçmə mərhələsində səfərdə Estoniyanı məğlub edərək yer aldığımız qrupda xallarının sayını 4-ə çatdırdı.

Artıq oyunun 9-cu dəqiqəsində millimiz Toral Bayramovun vurduğu qolla hesabda irəli çıxdı. Fasilə ərəfəsində isə Ramil Şeydayev penalti zərbəsi ilə fərqlənərək millimizə 2:0 hesablı qələbə qazandırdı.

Sportinfo.az xəbər verir ki, sportal.az bu oyunda yaşanmış bir epizodla bağlı maraqlı məlumat əldə edib.

Bu, Estoniya yığmasının qapısına verilən penalti ilə əlaqəlidir. Əksəriyyət həmin məqamda millimizin hücumçusu Mahir Emrelinin yersiz şəkildə etiraz etdiyi üçün sarı vərəqə aldığı fikrindədir.

Maraqlıdır ki, top rəqibin əlinə dəyəndən sonra alman baş hakim futbolçularımıza epizodun incələndiyini və penaltinin olmadığını deyib. Məhz bundan sonra Emreli sərt şəkildə Robert Şröderə etirazını bildirib.

Bu epizod ətrafında etirazların böyüdüyünü görəndə, VAR-dan baş hakimi monitor qabağına çağırıblar ki, özü baxıb qərar versin. Nəticədə Estoniyanın qapısına penalti təyin olunub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 20:00 Çək və bizə göndər!