Məmmədov klubları yığdı: Millinin futbolçularının əsgərlik və Divizionda limit problemi

7 May 2021 18:00 Gündəm 1 070
Məmmədov klubları yığdı: Millinin futbolçularının əsgərlik və Divizionda limit problemi

AFFA Klublar Komitəsinin növbəti iclası keçirilib.

Sportinfo.az xəbər verir ki,toplantı Bakı Olimpiya Stadionunda baş tutub.

Tədbirdə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov və Azərbaycan Premyer Liqasında çıxış edən klubların nümayəndələri iştirak edib.
İclasda əsas müzakirə mövzusu gənc futbolçuların əsgərlik və I Divizionun limit məsələsi olub.

Klublar Komitəsinin sədri və "Sumqayıt"ın prezidenti Riad Rəfiyev iclasında müzakirə olunan məsələlər barədə danışıb. O, yığıncaqda hər hansı qərarın qəbul edilməyini bildirib:

"İclasda əsas müzakirə mövzusu əsgərlik yaşına çatan gənc futbolçuların hərbi xidmət məsələsi idi. Onların arasında milli komandalara dəvət olunanlar və olunmayanlar var.

Digəri isə I Diviziondakı limit məsələsi idi. Sadəcə, razılaşdıq ki, yaxın vaxtlarda bir daha görüşək, variantlar arasında seçim edib qərar verək. Müxtəlif fikirlər səsləndirildi.

Hər klubun öz mövqeyi var idi, hərə öz fikrini bildirdi. Konkret olaraq, hansısa problemdən danışmadıq.

Məsələni müzakirə etdikdən sonra klublar çıxış yollarını göstərdilər. Ətraflı danışdıq. İnanıram ki, qarşıdakı iclasda qərar qəbul edəcəyik".

Komitə sədrinin sözlərinə görə, futbolçular üçün ayrıca çağırış vaxtı yoxdur: "18 yaşına çatan oyunçu hərbi xidmətə çağırılır. İclasda bu barədə ümumi söhbət oldu. Sırf hansısa çağırışdan danışmadıq".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı