Məhkəmədən mövsümün erkən dayandırılması ilə bağlı qərar

23 May 13:26 Fransa 143
Məhkəmədən mövsümün erkən dayandırılması ilə bağlı qərar

Koronavirus pandemiyasına görə dayandırılan və bir müddət əvvəl erkən dayandırılmasına qərar verilən futbol üzrə Fransa çempionatları ilə bağlı etirazlar rədd olunub.

Sportinfo.az xəbər verir ki, bu barədə Fransa Peşəkar Futbol Liqasının (LFP) rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Olimpik” (Lion), “Amyen” və “Tuluza” klubları LFP-nin bu qərarı ilə bağlı məhkəməyə müraciət edib. Lakin Paris məhkəməsi ötən gün bu etirazı rədd etdiyini açıqlayıb.

Liqa 1-də 2019/20 mövsümü ölkədəki sərt karantin rejimi ilə əlaqədar erkən dayandırılıb və lider PSJ çempion elan olunub. Son iki pillədə qərarlaşan “Amyen” və “Tuluza” isə Liqa 1-ə düşürülüb.

Xəbər Lenti
13 İyul 21:00 1 il də "Sumqayıt"da