
Konfrans Liqasında digər finalçı da müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda İsveçrədə "Bazel"ə 3:1 hesabı ilə qalib gələn İtaliya "Fiorentina"sı həlledici qarşılaşmada İngiltərə "Vest Hem"inə rəqib olub.
Turnirin final görüşü iyunun 7-də Çexiyanın paytaxtı Praqadakı "Eden Arena"da keçiriləcək.
18 may
23:00. "Bazel" (İsveçrə) - "Fiorentina" (İtaliya) - 1:3 (ƏLAVƏ VAXTDA - 0:1)
Qollar: Zeki Amduni, 55 - Nikolas Qonsales, 35; 72. Antonin Barak, 120+9
Baş hakim: Xose Mariya Sançes (İspaniya)
Bazel, "Sankt-Yakob Park" stadionu
İlk oyun - 2:1
23:00. "AZ Alkmaar" (Niderland) - "Vest Hem" (İngiltərə) - 0:1
Qol: Pablo Fornals, 90+4
Baş hakim: İvan Krujlyak (Slovakiya)
Alkmaar, AZ stadionu
İlk oyun - 1:2