“Məndə olan hər şey “Barselona”nın muzeyindədir" - MESSİ

23 Sentyabr 2023 18:40 Dünya futbolu 409
“Məndə olan hər şey “Barselona”nın muzeyindədir" - MESSİ

“İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messi “qızıl top”ları və digər fərdi mükafatları harada saxladığı ilə bağlı sualı cavablandırıb.

Sportinfo.az xəbər verir ki, 36 yaşlı futbolçu mükafatlarının keçmiş klubu “Barselona”nın muzeyində olduğunu bildirib:

“Məndə olan hər şey “Barselona”nın muzeyindədir. “Qızıl top”lar, “qızıl buts”lar, köynəklər və başqa hər şey orda saxlanılır”.

Messi karyerası ərzində 7 dəfə “qızıl top”u qazanıb.

O, bu mövsüm “İnter Mayami”nin heyətində 12 oyuna çıxıb, 11 qol vurub və 5 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti