Ən uğursuz 10 transfer

1 İyun 2023 03:00 Dünya futbolu 666
Ən uğursuz 10 transfer

Avropada mövsümün ən uğursuz transferləri açıqlanıb.

Sportinfo.az xəbər verir ki, siyahıya “Yuventus”un yarımmüdafiəçisi Pol Poqba başçılıq edir.

Fransa yığmasının üzvü azad agent kimi komandaya keçsə də, uğursuz mövsümlə yadda qalıb.

Siyahıda ikinci yerdə “Tottenhem”in 60 milyon funt ödədiyi Rişarlison qərarlaşıb. “Çelsi”nin böyük ümidlərlə transfer etdiyi Mark Kukurelya isə üçüncüdür.

“Onluq”da Mane və Antonio kimi futbolçuların da adına rast gəlmək olar.

1. Pol Poqba (“Yuventus”, ödənişsiz)
2. Rişarlison (“Tottenhem”, 60 milyon funt)
3. Mark Kukurelya (“Çelsi”, 63 milyon funt)
4. Serjinyo Dest (“Milan”, ödənişsiz)
5. Kelvin Fillips (“Mançester Siti”, 42 milyon funt)
6. Cessi Linqar (“Nottingem Forest”, ödənişsiz)
7. Mixail Mudrik (“Çelsi”, 88,5 milyon funt)
8. Sado Mane (“Bavariya”, 35 milyon funt)
9. Antonu (“Mançester Yunayted, 85 milyon funt”
10. Kallum Hodson-Odoi (“Bayer”, icarə)

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!