COP29

SƏRT TƏNQİD: "Barmağı qapı arasında qalanda yadına düşdü ki..." - VİDEO

29 Aprel 14:00 Qəbələ 2 688
SƏRT TƏNQİD: "Barmağı qapı arasında qalanda yadına düşdü ki..." - VİDEO

“Hazırki reqlamentə görə, “Qəbələ” Premyer Liqa ilə vidalaşdı.

Uzun müddətdir işsiz qalan, dəfələrlə Azərbaycan klublarına elçi göndərən Kaxaber Tsxadadze martda arzusuna çatdı.

Düzdür, yaxşı günlərini yaşamasa da, yenə də Avropada tanınan “Qəbələ”nin baş məşqçisi təyin olunmaq, özü də vətənin iki addımlığında heç də pis variant deyildi.

Biz hələ Kaxanın bir vaxtlar Beynəlxalq Bankın sponsorluq etdiyi “İnter”dəki ekstravaqant hərəkətlərinə və media təmsilçiləri ilə qeyri-adekvat rəftarına şahid olmuşduq.

Lakin o, yaxşı günlərin şıltaqlığı idi. Bu gün isə barmağı qapı arasında qalan Tsxadadze əsl xislətini üzə çıxarıb”.

Bu sözləri ”Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərov deyib.

Tanınmış jurnalist mövsümün əvvəlindən “Qəbələ”də cərəyan edən proseslərin kluba ziyan vurduğunu, yanlış transfer siyasəti ucbatından komanda istəniləni həyata keçirə bilmədiyini diqqətə çatdırıb.

E.Cəfərov Kaxaber Tsxadadzenin hesabat turunda “Kəpəz”ə uduzduqdan sonra mediaya verdiyi açıqlamasına toxunub, ciddi iradlarını bildirib:

“İlk turlarda komandanın yaxşı oynadığını və getdikcə inkişaf edəcəyini bildirən Tsxadadze “Qəbələ”nin Premyer Liqanı tərk edəcəyi aydın olduqdan sonra başqa ”mahnı” oxumağa başladı.

İndi isə özünü məsuliyyətdən kənara çəkib, bütün günahı komandanın üzərinə yükləyir. Guya ki, bununla imicini xələl dəyib.

Lakin burada bir sual doğur: əgər Kaxa bir məşqçi kimi normal imici var idisə, nəyə görə uzun müddət iş axtarırdı?

Premyer Liqada komanda sayı artırılarsa, “Qəbələ”nin burada qalmağa şansı yaranarsa, məsləhət görərdik ki, batan gəmidən qaçmağa birinci hazırlaşan və özünü düşünən gürcüstanlı mütəxəssislə yola davam etməsinlər.

Kluba, azarkeşlərə xəyanət edilməsin”.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti