COP29

Könülləri oxşayan FOTO – Futbolumuzun yeni məbədi

29 Aprel 19:40 Qəbələ 1 515
Könülləri oxşayan FOTO – Futbolumuzun yeni məbədi

20-ci əsrdə Azərbaycan futbolunun məbədi Gəncə və Tovuz hesab olunurdusa, artıq bu statusu başqa şəhər daşıyır.

21-ci əsrin ikinci onilliyindən başlayaraq, yəni son 15 ildə ölkə futbolu üçün “inkubator” rolunu “Qəbələ” Futbol Klubu yerinə yetirir.

Premyer Liqada mübarizə aparan az qala bütün komandaların heyətində “Qəbələ”nin yetirmələrinə rast gəlmək mümkündür. Onlar üçün yaradılan şərait, xaricdən dəvət olunan mütəxəssislər, təşkil olunan turnirlər boşuna deyilmiş.

“Qəbələ” İdman Klubunun ərazisindəki 6 təbii, 2 süni, 1 qapalı, 2 mini, 1 qum meydançaları yaxından görənlərin könlünü oxşayır.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri möhtəşəm bazanın maketini hazırlayıblar.

Əl işindən ərsəyə gələn material sosial şəbəkələrdə geniş rezonans doğurub, yerli komandanın Premyer Liqadakı çıxışını davam etdirməsinin vacibliyi vurğulanıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti