"AFFA-da baş verənlərə dəyişiklik demək çətindir" - VİDEO

9 Aprel 17:40 Azərbaycan Futbolu 741
"AFFA-da baş verənlərə dəyişiklik demək çətindir" - VİDEO

"AFFA-da baş verənlərə dəyişiklik demək çətindir".

Bu fikirlər futbol eksperti Emin Abbasova məxsusdur.

O, ATV kanalında yayımlanan “Futbolumuz” verlişində Rövşən Nəcəfin AFFA-nın prezidenti vəzifəsinə təyinatından söz açıb.

Tanınmış teləşərhçi Rövnəq Abdullayevin federasiyada 16 illik hakimiyyətinə son qoyulmasına fərqli prizmadan yanaşıb:

“Var dəyişiklik, bir də var yenilənmə. Arada fərq mövcuddur. 16 il qabaq da AFFA-nın prezidenti SOCAR-ın rəhbəri idi, indi də.

Rövnəq Abdullayev getdi, Rövşən Nəcəf gəldi. Dəyişiklik dediyimiz bu proses sanki bir yenilənmə çərçivəsindədir.

Bu, böyük dəyişikliyə bənzəmir. Hansısa tanıdığımız futbol adamı ora təyin olunsaydı, bu, hardasa 180 dərəcə dəyişiklik sayıla bilərdi”.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti