Rövnəq Abdullayev getdi, futbolumuzda gözəl günlər başladı?

12 Aprel 19:00 Azərbaycan Futbolu 2 431
Rövnəq Abdullayev getdi, futbolumuzda gözəl günlər başladı?

Azərbaycan futbolunda arzulanan dəyişiklik, nəhayət, rəsmiləşdi.

AFFA-nın növbəti hesabat- seçki konfransı ilə Rövnəq Abdullayevin assosasiyadakı 16 illik fəaliyyəti başa çatdı.

Konfrnas başlayan kimi ilk diqqət çəkən gənclər və idman nazirinin yoxluğu oldu. Axı biz Fərid Qayıbovun triatlondan alpinizmə qədər bütün federasiyaların hesabat-seçki konfranslarında şəxsən iştirak etməsinə adət etmişik.

Bəs nə əcəb, dünyanın ən populyar idman növü olan futboldakı seçkini, bütün Azərbaycanın illərlə gözlədiyi dəyişikliyi hörmətli nazir şəxsən izləməsin?

Demək, yayılan söhbətlər boşuna deyilmiş.

AFFA-nın yeni komandasında əvvəlkiləırdən fərqli olaraq, Gənclər və İdman Nazirliyinin nümayəndəsi yer almadığından, başqa sözlə, nazirin adamı orada olmadığından, Fərid Qayıbov AFFA-nın yeni hakimiyyətinə etirazını bir növ konfransı boykot etməklə verib.

Əlbəttə, məsələ qəlizləşsə, nazirlik bu addıma don geyindirmək üçün yüz cür səbəb və ya bəhanə tapacaq.

Fərid Qayıbovun yoxluğunda GİN-i AFFA-nın kofranslnda nazir müavini Mariana Vasilyeva və idman şöbəsinin müdiri Elnur Məmmədov təmsil edirdi. Milli

Olimpiya Komitəsindən isə konfransda baş katib Azər Əliyev və vitse-prezident Çingiz Hüseynzadə iştirak edirdi.

Konfrası bir qədər kədərli, bir qədər də kövrək görünən Rövnəq Abdullayev açıq elan etdi. Dövlət Himni səsləndirildi, şəhidlərimizin xatirəsi bir dəqidəlik sükutla yad edildi.

İlk söz MOK-un vitse-prezidenti Çingiz Hüseynzadəyə verildi və onun AFFA-nın fəaliyyəti ilə bağlı dedikləri zalda birmənalı qəbul edilmədi.

Daha sonra AFFA-nın baş katibi Sərxan Hacıyev hesabat xarakterli məruzə ilə çıxış etdi. O, 2023-cü ilin əlamətdar hadisəsi kimi 30 illik fasilədən sonra işğaldan azad olunan ərazidə - Xankəndi şəhərində rəsmi futbol matçının keçirilməsini qeyd etdi:

"Xankəndi şəhərində Azərbaycan Kubokunun oyunu keçirildi. Bu, işğaldan azad olunan torpaqlarda uzun illərdən sonra ilk oyun idi.

"Qarabağ"la MOİK arasındakı matç Azərbaycan idmanı tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva qarşılaşmanı stadionda canlı izlədi”.

Daha sonra qızlardan ibarət komandanın Millətllər Lqasında üst diviziona yüksəlməsi və ənənəvi olaraq «Qarabağ»ın Avropadakı uğurlu çıxışı vurğulandı. Vəssalam, futbolda başqa nə uğurumuz var ki. danışasan?

Uşaq futbolu və milli komanda 16 ildir yerində saydığından, inkişaf olmadığından, AFFA-nın 2008-2023-cü illəri əhatə edən fəaliyyəti ilə əlaqədar hazırlanan video-rolikdə daha çox stadionların tikintisinə yer ayrılmışdı.

Sanki AFFA futbol federasiyası yox, tikinti təşkilatıdır. Görünür, AFFA rəhbərliyində oturanlaırn tikinti məsələlərinə hansısa səbəbdən xüsusi həvəsi və ya marağı var imiş ki, stadion tikiblər

. Amma orada oynayacaq normal oyunçu yetişdirməyiblər. Maliyyə hesabatını təqdim etmək üçün AFFA-nın Maliyyə və Mühasibatlıq Departamentinin müdiri Xalid Cavadovu hamı maraqla dinlədi.

İlk görünən bu oldu ki, AFFA-da 3-5 il əvvəlki gurultu rəqəmlər xeyli azalıb. Deyəsən, AFFA-nın böyük xərcləri Elxan Məmmədovun qərarıyla həll olunurmuş.

Çünki onun 2 il əvvəlki gedişindən sonra assosasiyasının xərclərində nəzərəcarpacaq dərəcə azalma müşahidə etdik.

Məsələn, əvvəllər AFFA-nın maliyyə hesabatlarında həm «digər xərclər» bölümü var idi, həm də «sair xərclər». Adına görə oxşar olan bu xərclərin adı altında hətta bir dəfə ümumulikdə 7 milyon manata yaxın pul «silinmişdi».

Şükür ki, bu dəfə Xalid müəlim ötən illərin səhvini təkrarlamadı və məlum oldu ki, AFFA daha «sair xərclər»ə pul ayırmır, yalnız «digər xərclər» var. Bu da 681 min manat.

2019-cu ildə İsgəndər Cavadov adına Bakı Futbol Akademiyasına 26 min 550 manat, 2020-ci ildə 19 min mnat vəsait ayrılmışdısa, 2023-cü ildə bu rəqəm cəmi 9 min manat olub.

İşi futbolçu yetişdirmək olan bu akademiyanın vəsaiti ildın-ilə niyə azalsın ki? Ya əvvəlki rəqəmlərdə yeyinti payı olub, ya da AFFA-nın uşaq futbo akademiyaları maraqlandırmır ki, 5 il ərzindıə 26 min matandan 9 min manata düşüblər.

Düzdür, müstəqil audit kimi çıxış edən Səftər Vəlizadə AFFA-nın maliyyə hesabatının şəffaflığını təsdiqlədi, amma bu, əlbəttə, formal təsdiqləmədir.

Lazım bilinsə, Xalid Cəfərovu elə silkələyərlər ki, ondan başqa hesabat tökülər. Elxan Məmmıədovla birgə bu illər ərzndı nəyi nə cür ediblər, hamısı məlum olar.

Yenə deyirəm, əgər bunu yuxarıdam istəsələr. Hərçənd Elxan Məmmədov öz çıxışında Rövnəq Abdullayevin qalstukuna işarə edib, «16 il əvvəl necə gəlmişdi, elə də gedir» mesajını verdi.

Rövnəq Abdullayev futbola 16 il əvvəl gəldiyi qalstukla gedə bilər. O, qazandığıni, onsuz da, başqa sahədən qazanıb.

Bəs Elxan Məmmədov özü necə qalstuk dəyişib? Məmmədov 2008-ci ildə futbola hansı maddi imkanla gəlmişdi, indi nəcə gedir - bax bu müvafiq orqanların ona verməli olduğu suallardır.

Maraqlı mənzərədir: illərlə Azərbaycan futbolunu məhv edən Elxan Məmmədov indi hesabat vaxtı kənar müşahidəçi kimi -

FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru statusu ilə konfransa qatılmışdı. Sanki qatil öldürdüyü şəxsin dəfninə gəlmişdi.

Zatən, Elxanın 3 il əvəvl FİFA-ya qaçmasının kökündə bu məqsəd dayanmırdı? O vaxt məhz bu günü - hesabat gününü nəzər alaraq, AFFA-dan qaçmışdı.

Yəni hesabat dövrünün son 3 ilinin cavabdehi mən deyiləm, məndən əl cəkin!

Elxan Məmmədovun bir maraqlı sətiraltı mesajı da AFFA-nın yeni prezidenti Rövşən Nəcəfə oldu. Yəni. Rövnəq Abdullayev AFFA prezidenti olana qədər «Neftçi»də rəhbər kimi Azərbaycan çempionu olmuş. Moskvada o vaxt bizim üçün böyük bir yarış sayılan «Birlik Kuboku» turnirini qazanmışdı.

Bəs sən «Neftçi»nin prezidenti kimi hansı uğuru qazanmısan ki, AFFA-ya prezident gəlirsən?

Mesajın məğzi bu idi.

Elxan Məmmədov onu adicə bir marketoloqdan 16 il ərzində az qala bir oliqarxa çevirən şəxsə təşəkkürünü çatdırmalı idi və çox yaxşı formada düzüb qoşmuşdu.

FİFA-nın prezidenti Canni İnfantinonun Rövnəq Abdullayevə təşəkkürünü özündə əks etdirən viode-müraciət və onun xüsusoi hədiyyəsi.

Adı mütəmadi olaraq korrupsiya qalmaqallarında hallanan iki keçmiş prezidenti məhkəməyə düşmüş FİFA-nın İnfantinosu pir-peyğəmbər deyil ki? Elxana bu lazım imiş, o da həmkarının xahişini yerə salmadan, Rövnəq Abdullayevə bir video-müraciət göndərib.

Rövnəq Abdullayev də çıxış edərək, 20 il əvvəl məhz bu gündə, aprelin 2-də «Neftçi»nin prezidenti kimi futbola gəldiyini vurğuladı. «Neftçi»nin, daha sonra AFFA-nın rəhbəri kimi bu 20 ildəki xoş və kədərli anlarını xatırladı.

Peşmanlığını duymaq çətin deyildi: «Etiraf edim ki. futbolda kədərli günlərimiz daha çox olub».

O, çıxışına «kral öldü, yaşasın yeni kral» deyərək, son verdi.

Beləliklə, 2 il əvvəl SOCAR-da olduğu kimi, AFFA prezidenti postunda da Rövnəq Abdullayevi Rövşən Nəcəf əvəzlədi.

AFFA prezidenti postuna yeganə namizəd o olduğu üçün nəticə bir necə həftə öncədən məlum idi. Açıq səsvermə zamanı hec kəs Rövşən Nəcəfin seçilməsinə qarşı çıxmadı.

AFFA-nın 32 illik tarixində 4-cü prezident seçildi. Maraqlıdır ki. Ramiz Mirzəyev və Rövnəq Abduılayev kimi, Rövşən Nəcəf də «Neftçi»nin rəhbəri postundan AFFA-nın rəhbərliyinə gəldi.

AFFA-ya prezident seçildikdən sonra İcraiyyə Komitəsinin üzvləri də seçildi. Əksəriyyətin arzuladığı kimi, Qurban Qurbanov yeni «ispalkom»da yer aldı.

Veteran futbolçulardan Səməd Qurbanov da İcraiyyə Komitəsinin yeni üzvü oldu. Digər futbol adamlarından «Sabah»ın prezidenti Maqsud Adıgözəıov və AFFA-nın islahatçı baş katibi Sərxan Hacıyev də seçildi.

Fuad Musayev istisna olmaqla, AFFA-nn bütün hakimiyyətlərt dövürndə rəhbərlikdə təmsil olunmuş Elşad Nəsirovdan bu dəfə də yaxa qurtarmaq mümkün olmadı.

2017-ci ildə fəaliyyətini dayandırmış AZAL PFK-nın pezidenti Zaur Axundov aradakı 7 illik pauzaya baxmayaraq, İcraiyyə Komitəsinə üzv seçildi. Yəni. AFFA-dakı Zaur Axundovun biri getdi, digəri gəldi.

Bizim həmkarımız - İctimai Televiziyanın direktoru Balakişi Qasımov rəsmən futbol fəaliyyəti iiə məşğul olmasa da, «Sabah» klubunda əsas söz sahiblərindın biri olduğu çoxdan məlumdur.

Ümid edək ki, İTV-ni Azərbaycan televiziya ailəsində yaxşı mənada fərqli bir kanala necə ceviribsə, futbolun inkişafı üçün də sağlam ideya və təklifləri olacaq.

İcraiyyə Komitəsində iki Mansurov olacaq, heç birinin də futbola aidiyyatı yoxdur. Güləş üzrə olimpiya çempionu Fərid Mansurov köhnə «icrakom»dan qalanlardandır.

İdman Nazirliyi «icrakom»a daha cox Fərid Mansurovun yerinə adam göndərmək istəyirdi, alınmadı. Ülvi Mansurov isə məşhir bəstəkarımız Eldar Mansurovun oğludur.

O, bank sektorunda və Dövlət Vergi Xidmətində çalışıb. AFFA-da futbolun dövlət səviyyəsində yeni kuratoru Mikayıl Cabbarovun adamı kimi təmsil olunur.

Xəyal Cəfərov isə Bakı Neft Emal Zavodunun direktorudur, amma namizədliyini «Sumqaıyt» tərəfindən irəli sürülüb. Burada məntiqi əlaqəni kim tapsa, mənə də izah edər.

O ki qaldı xanımlara, UEFA-nın futbol idarçiliyində gender bərabərliyi tələbi var. Yəni, İcraiyyə Komitəsində mütləq xanım üzvlər olmalıdır.

Onlardan Könül Mehdiyeva uzun illərdir AFFA-da çalışır, yaxşı kadr kimi xarakterizə olunur. Təhsil Nazirliyinin şöbə müdiri Leyla Xəlilova-Rzazadə isə futbola qətiyyən aidiyyatı olmayan, yeni İcraiyyə Komitəsində ən dəxilsiz adlardan biridir.

İcraiyyə Komitəsinin təxminən 20-25 dəqiqə çəkən ilk iclasında rəhbər şəxslər də seçildi. Elxan Məmmıdov üçün son 2 ildə ən arzuolunmaz şəxslərdən biri olan Sərxan Hacıyev onun üzərində son və həlledici qələbəsini təmin etdi, yeni icracı vitse-prezident seçildi.

Həm də müvəqətti olaraq baş katib postu ona həvalə edildi. Yəqin ki. hirsindən Elxan Məmmədovun gözünə yuxu getməz.

Amma Elxanın da təsəllisi var. Yaxın adamı Elşad Nəsirov yenə vitse-prezident postunda qaldı. Digər iki vitse-prezident isə Balakişi Qasımov və Könül Mehdiyeva oldu.

Bütün seçkilər yekunlaşdıqdan sonra AFFA-nın yeni prezidenti Rövşən Nəcəf media qarşısına çıxdı.

Rövnəq Abdullayevin «kral öldü, yaşasın yeni kral» ifadəsinə cavab olaraq, «mən kral deyiləm» deyən Rövşən Nəcəf media ilə ilk ünsiyyətində yetərincə mədəni, səmimi təsir bağışladı.

Amma yadıma 2008-ci il düşdü və qanım qaraldı. Elxan Məmmıədov daAzərbaycan futboluna belə gəlmişdi. Bizə yalnız ümid etmək qalır.

Ümid edək ki, Rövşən Nəcəf Azərbaycan futbolunda inqilabi dəyişiklərə imza atacaq.

Ümid edək ki, Kazbek Tuayev. İsgəndər Cavadov, Vaqif Sadıqov kimi dərdimizə dərman olmayan futbol adamlarındansa AFFA-da idarəçiliyi bacaran, yaxşı ideyaları olan. əsas da, millətini, dövlətini sevən qeyri-futbol adamları cəmləşəcək və biz daha futbolda Gürcüstana, Qazaxıstana, Ermənistana baxıb köks ötürməyəcəyik.

Yaz təbiətin yenilənməsi, ruhun təzələnməsi deməkdir həm də. Bəlkə bu bahar özü ilə Azərbaycan futboluna çoxdan gözlədiymiz yenilik, dirçəliş və təravəti gətirdi.

İlkin Fikrətoğlu

Digər Xəbərlər
Xəbər Lenti