Rövnəq Abdullayev üçün "Şamaxı" NƏSİHƏTİ

8 Aprel 22:20 Azərbaycan Futbolu 2 661
Rövnəq Abdullayev üçün "Şamaxı" NƏSİHƏTİ

Rövnəq Abdullayevin AFFA-dakı 16 illik rəhbər erası bir neçə gün əvvəl başa çatdı.

Sabiq rəhbər uğursuz idarəçiliklə yadda qalaraq postundan vidalaşdı.

Onun dönəmində futbolumuz nəinki irəli getdi, heç yerində də də saymadı.

Əbəs deyil ki, sonuncu Hesabat-seçki konfrasında Abdullayev və ətrafı uzunmüddətli fəaliyyət dövrü barədə danışarkən yalnız tikilən arenalardan söz aça bildilər.

Qəribəsi odur ki, Abdullayev bundan sonra da futbolumuzda qalmaqda maraqlıdır.

İddialar var ki, sabiq AFFA prezidenti yeni mövsümdən klub prezidenti kimi fəaliyyətini davam etdirməyi planlaşdırır.

Onun iki klubdan birində söz sahibi olmaq ehtimalı var.

Söhbət hazırda Birinci Liqada çempionluq üçün mübarizə aparan "Qaradağ Lökbatan" və "Şamaxı"dan gedir.

Ümid edək ki, Rövnəq bəy AFFA-dakı yalnış qərarlarına, seçimlərinə burada da davam etməyəcək.

Bu gün "Qaradağ" Birinci Liqada lider olsa da, bazası çox aşağı səviyyədədir. Stadion Premyer Liqa görüşlərini qəbul etməyə hazır deyil. Bundan başqa futbol azarkeşləri üçün Qaradağ klubu o qədər də maraqlı görünməyə bilər. Klubun böyük ənənəsi yoxdur. Heç vaxt elitada belə çıxış etməyib.

Amma "Şamaxı" ilə bağlı müsbət məqamlar az deyil.

İlk öncə onu deyək ki, klubun tarixi o qədər də yeni deyil. "Xəzər Universitet"nin varisi azalır 30 illiyini qeyd etsin. Bundan əlavə Zabratda fəaliyyətə başlayan klub bu gün bölgəni təmsil edir.

Kifayət qədər zəngin Premyer Liqa təcrübəsi var.

Ötən mövsüm yüksək liqanı tərk edən komandanın infrastrukturu üst səviyyədədir.

İnanaq ki, Rövnəq Abdullayev sonda heç bir infrastrukturu olmayan "Qaradağ"a yox, Premyer Liqa üçün hazır bazaya sahib "Şamaxı"ya pənah aparacaq.

Bölgə klubuna ayıracağı diqqət onun darmadağın olan nüfuzunu da müəyyən qədər bərpa etməsinə vəsilə ola bilər.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti