
«Millinin dünya çemfptonatındakı çıxışını çox yüksək qiymətləndirirəm».
Bu sözlər Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədova aiddir.
Yığmamız noyabrda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında dördüncü yerni tutub.
Nəticə barədə danışan O.Məmmədov bildirib ki, komandamız BƏƏ-də yaxşı oyun sərgiləyib:
«Biz bu yarışda ilk dəfə mübarizə apardıq. Müxtəlif səviyyəli rəqiblərlə qarşılaşdıq. Minifutbol sürətlə inkişaf edir.
Dünyanın bir çox yerində bu idman növünə maraq artmaqdadır. Bütün komandalar güclənir.
İki-üç il qabaqkı kimi deyil. Elə son dünya çempionatında da bunu gördük.
Rəqiblər minifutbola artıq peşəkar səviyyədə yanaşmağa başlayıb. Bu da mübarizənin gərgin keçməsinə səbəb olub».
SPORTİNFO.AZ