
Premyer Liqada 17-ci tur davam edir.
Sportinfo.az xəbər verir ki, bu gün daha 2 matç keçirilib
. Əvvəlcə "Səbail" "Qəbələ"ni qəbul edib. Görüş meydan sahiblərinin böyükhesablı qələbəsi ilə başa çatıb - 3:0.
Digər oyunda isə "Araz-Naxçıvan" "Sabah"la üz-üzə gəlib və 2:0 hesablı qələbə qazanıb.
Turun ilk oyununda “Kəpəz”lə “Sumqayıt” heç-heçə (1:1) ediblər. Dekabrın 16-da “Turan Tovuz” – “Zirə”, 18-də isə “Qarabağ”– “Neftçi” görüşləri baş tutacaq.
15 dekabr (cümə)
13:00. “Səbail” – “Qəbələ” 3:0
Qırmızı vərəqə: Samuel Tetteh, 35 ("Qəbələ")
Qollar: Yadin Luqasi, 18, İlkin Qırtımov, 52-avtoqol. Aleksandr Ramalinqom, 60-pen.
Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Asiman Əzizli, Emin Əliyev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
“ASCO Arena”
"Səbail": 12. Hüseynəli Quliyev, 74. Yusif Nəbiyev (k), 8. Bahadur Həziyev, 11. Rüfət Abdullazadə, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 90. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 3. Silvayin Deslandes, 21. Anas Najah, 44. Yadin Luqasi
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 9. Amil Yunanov, 5. Adil Nağıyev, 15. Vüqar Həsənov, 17. Rafael Məhərrəmli, 19. Samir Abdullayev, 38. Zeynəddin Abdurahmanov, 34. Taleh Qarayev, 16. Emin Rüstəmov, 48. Ayaz Mikayılov
Baş məşqçi: Şahin Diniyev
"Qəbələ": 1. Rəşad Əzizli, 11. Asif Məmmədov (k), 2. İlkin Qırtımov. 34. Urfan Abbasov, 14. Ülvi İsgəndərov, 5. Rauf Hüseynli, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 19. Samuel Tetteh, 9. Əyyub Allaş, 72. Osama Xalayla
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 28. Murad Musayev, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 30. Şahin Şahniyarov, 17. Yaovi Akakpo, 10. Omar Hani
Baş məşqçi: Elmar Baxşıyev
15:00. “Araz-Naxçıvan” – “Sabah” 2:0
Qollar: Boyan Letiç, 39-avtoqol. Turan Manafov, 71.
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Teymur Teymurov, Əli Əliyev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
“Dalğa Arena”
“Araz-Naxçıvan”: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 39. Tural Bayramlı, 3. Turan Manafov, 2. Abdulla Rzayev, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 8. İsmail Azzaui, 27. Numan Kurdiç (k)
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 10. Orxan Əliyev, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 5. Nihad Qurbanlı, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando, 42. Kadiri Mohammed
Baş məşqçi: Azər Bağırov
"Sabah": 1. Yusif İmanov, 10. Aleksey İsayev (k), 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 15. Kristian da Silva, 24. Maruan Hadudi, 14. İshak Belfodil, 7. Boyan Letiç, 44. Sofian Çakla, 70. Cesse Sekidika, 12. Vinsent Til
Ehtiyat oyunçular: 16. Rustam Samigullin, 75. Emil Həbibov, 77. Namik Ələskərov, 17. Tellur Mütəllimov, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov, 33. Camal Cəfərov, 53. Fəxri Məmmədli, 19. Emmanuel Apeh, 3. Con İrasabal, 28. Kahim Parris
Baş məşqçi: Murad Musayev
|
Bombardirlər:
Olavio Juninyo ("Qarabağ") - 12 qol
Aleksandr Ramalinqom ("Səbail") - 7 qol
Leandro Andrade ("Qarabağ") - 6 qol
Otto Con ("Turan Tovuz") - 6 qol
Rəhman Hacıyev ("Neftçi") - 5 qol
Pedro Nuno ("Səbail") - 5 qol
Orxan Əliyev ("Araz-Naxçıvan") - 5 qol
Yassin Benzia ("Qarabağ") - 5 qol
Hamidu Keyta ("Qarabağ") - 5 qol
Roi Kehat ("Sumqayıt") - 5 qol